...

"Qaradağ" elektrik stansiyasının istismara verildiyi andan etibarən istehsal etdiyi enerjinin ümumi həcmi açıqlandı

Yaşıl iqtisadiyyat Materials 25 Sentyabr 2025 14:26 (UTC +04:00)
"Qaradağ" elektrik stansiyasının istismara verildiyi andan etibarən istehsal etdiyi enerjinin ümumi həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyası fəaliyyətə başladığı andan etibarən 900 milyondan çox kVt/saat bərpa olunan enerji istehsal edib.

Bunu Trend-ə “Masdar” (BƏƏ) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsi(Azerbaijan & Central Asia Green Energy Week 2025) çərçivəsində deyib.

“230 MVt gücündə ‘Qaradağ’ günəş elektrik stansiyası istismara verildiyi andan etibarən 900 milyondan kVt/saatdan çox bərpa olunan enerji istehsal edib. Qarşıdakı dövrdə Qaradağda ‘yaşıl enerji’ istehsalı 1 milyard kVt/saat göstəricisinə çatacaq. Bu xüsusi önəm kəsb edir, belə ki, stansiya fəaliyyətə başladığı zaman MDB ölkələri arasında ən böyük günəş elektrik stansiyası idi”,- deyə o bildirib.

Qeyd edək ki, 26 oktyabr 2023-cü il tarixində 230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyasının rəsmi açılış mərasimi keçirilib.

“Qaradağ” günəş elektrik stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük stansiyadır. Stansiya 262 milyon ABŞ dolları məbləğində xarici investisiyalar hesabına inşa olunub. Bu, ölkəmizdə xarici investisiyaların cəlb edilməsi ilə həyata keçirilən ilk sənaye günəş elektrik stansiyasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti