Bakı. Trend:
Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin uzunmüddətli əsaslarla həlli üçün mühüm addımların atılmasının vacibliyini vurğulayıb.
Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqottunun açıqlamasında bildirilib.
Bildirilib ki, Dövlət katibi “Prezident [Donald] Trampın insan tələfatına son qoymağa və “Moskvanın Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün mənalı addımlar atmağa” çağırışını təkrarladı.
Lavrov və Rubio arasında Nyu-Yorkda keçirilən görüş mətbuata heç bir açılış sözü olmadan başlayıb və bağlı qapılar arxasında keçirilib. Görüş 50 dəqiqədən çox davam etdi.