...

"Uzbekneftgaz" və SOCAR kadr hazırlığı istiqamətində əməkdaşlığı gücləndirir

İqtisadiyyat Materials 24 Sentyabr 2025 21:13 (UTC +04:00)
"Uzbekneftgaz" və SOCAR kadr hazırlığı istiqamətində əməkdaşlığı gücləndirir
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Bakı. Trend:

“Uzbekneftgaz” SC ilə Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında bağlanmış kadrların hazırlanması sahəsində əməkdaşlıq haqda memorandum çərçivəsində Özbəkistan şirkətinin bir qrup əməkdaşı Bakıya səfər edib.

Trend bu barədə “Uzbekneftgaz” SC-ə istinadən xəbər verir.

“Risklərin idarə olunması neft-qaz biznesində” mövzusunda keçirilən təcrübə proqramı zamanı maliyyə və komplayens nəzarəti departamentinin mütəxəssisləri ilk dəfə olaraq SOCAR-ın risklərin idarə edilməsi və maliyyə nəzarəti sistemi ilə tanış olublar. Görüşlər və təlimlər çərçivəsində onlar həmçinin texnoloji təhlükəsizlik və komplayens-nəzarətinin qabaqcıl təcrübələrini öyrənib, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparıblar.

Təcrübə proqramının yekunlarına əsasən, “Uzbekneftgaz” fəaliyyətində risklərin idarə olunması proseslərinin daha da təkmilləşdirilməsi və beynəlxalq standartların, qabaqcıl təcrübələrin mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Bu əməkdaşlıq təkcə kadrların ixtisasının artırılmasına deyil, həm də qarşılıqlı təcrübə mübadiləsinə və şirkətlər arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.

Xatırladaq ki, 2024-cü ilin avqustunda “Uzbekneftgaz” və SOCAR karbohidrogen sənayesində əməkdaşlığa dair saziş imzalayıb. Bu saziş çərçivəsində geoloji tədqiqatlara, o cümlədən seysmik kəşfiyyata və Üstyurt platosunda karbohidrogen ehtiyatlarının hasilatına hazırlıq işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti