...

Alternativ yanacaq növləri 2050-ci ilədək bunker bazarının böyük hissəsini tutacaq - MABUX

İqtisadiyyat Materials 25 Sentyabr 2025 16:06 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

2050-ci ilədək alternativ yanacaq növlərinin bunker bazarının 60 faizini təşkil edəcəyi proqnozlaşdırılır.

Trend xəbər verir ki, bunu “Marine Bunker Exchange”-in (MABUX) icraçı direktoru Sergey İvanov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya – Neft emalı, Neft-kimya, Ticarət və Logistika” mövzusunda konfransda çıxışında söyləyib.

Onun sözlərinə görə, 2050-ci ilə qədər bunker bazarının seqmentləşdirmə strukturu belə proqnozlaşdırılır: yüksək kükürdlü mazut yanacağının (HSFO) payı 4 faiz təşkil edəcək, aşağı kükürdlü dəniz qazoylu (MGO LS) isə təxminən 6 faiz olacaq.

Bundan əlavə, mayeləşdirilmiş təbii qazın (LNG) payı təxminən 15 faiz, aşağı kükürdlü mazutun (LSFO) payı isə eyni səviyyədə proqnozlaşdırılır.

Ən böyük pay – təxminən 60 faiz – alternativ yanacaq növlərinə aid olacaq və bu növlər 2050-ci ilə qədər bunker bazarının əsas seqmenti kimi çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti