Bakı. Trend:
UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” (Danimarka) oyununun biletləri 25 sentyabr, saat 15:00-dan etibarən satışa çıxarılıb.
Klubun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun biletlərinin qiyməti aşağıdakı kimidir:
Standart: 5, 10, 30, 40, 50, 75 AZN
VIP sektorlar: 150, 200, 250 AZN
VVIP sektorlar: 500 AZN
Qeyd edilib ki, biletlər yalnız iTicket.az mobil tətbiqi üzərindən əldə edilə bilər.
xxx
14:10
Bakı. Trend:
“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki “Kopenhagen”lə ilk ev oyununa biletlər bu gün satışa çıxarılacaq.
Klubun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, biletlər bu gün saat 15:00-dan satışda olacaq.
Bildirilib ki, azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilərlər.
Qeyd edilib ki, qiymətlərlə bağlı daha ətraflı məlumat sonrakı elanlarda paylaşılacaq.
Həmçinin oyun öncəsi stadiondada bəzi yeniliklər edilib.
Belə ki, tribunalardakı bəzi sektorların yerləri və adları dəyişdirilib.
VIP sektorlar:
Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP
VVIP sektorlar:
Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP