...

“Nizami” və “28 may” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq

Cəmiyyət Materials 25 Sentyabr 2025 11:52 (UTC +04:00)
“Nizami” və “28 may” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Xətlərin ayrılması layihəsinin tərkib hissəsində olan hər iki tunelin inşası zamanı “Nizami” və “28 may” stansiyaları arasında hərəkət müvəqqəti dayandırılacaq.

Trend xəbər verir ki, bunu Metropolitendə departament rəhbəri Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.

Departament rəhbəri qeyd edib ki, dayanma müddətinin uzun olmaması məqsədilə işlərin belə planlaşdırdıq ki, “28 may stansiyasının ərazisində iki ədəd yanaşma tunelinin inşasını önə salınsın və bununla da tunellərin inşası prosesində mümkün qədər qısa müddətdə hərəkətin daynamasına səbəb olsun.

“Hazırda 2 saylı şaxtada suvayvurma işlərinə başlanılıb. Eyni zamanda həmin ərazidə daha öncədən kommunikasiya işlərinin köçürülməsi tamamlanıb. 1 saylı şaxtanın ərazisi hasara alınıb və kommunikasiya xətlərinin köçürülməsi prosesi davam edir”,- ndeyə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti