...

Azərbaycan və region ölkələrinin Avropaya "yaşıl" enerjinin ixracı qaydalarını razılaşdırması zəruridir - Dünya Bankı

Yaşıl iqtisadiyyat Materials 25 Sentyabr 2025 09:55 (UTC +04:00)
Azərbaycan və region ölkələrinin Avropaya "yaşıl" enerjinin ixracı qaydalarını razılaşdırması zəruridir - Dünya Bankı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və region ölkələri “yaşıl” enerjinin ixrac qaydalarını daha aktiv razılaşdırmalı və Avropa Enerji bazarlarına çıxış üçün birgə investisiya layihələrini inkişaf etdirməlidir.

Trend xəbər verir ki, bunu Dünya Bankı Qrupunun enerji üzrə baş mütəxəssisi Florian Kitt Bakıda keçirilən Bakıda Azərbaycan və Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində(Azerbaijan & Central Asia Green Energy Week 2025) çıxışında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə atılmalı olan ilk addım enerji bazarlarının, ələlxüsus elektrik enerjisi bazarlarının regionallaşdırılmasının inkişaf etdirilməsidir.

“Bu istiqamətdə artıq müsbət dəyişikliklər var: Gürcüstan Avropa Enerji İcmasının iştirakçısıdır, Azərbaycan isə 2028-ci ilə qədər elektroenergetika sektorunda funksiyaların tam bölünməsini başa çatdırmağı planlaşdırır. Hazırda əsasən elektrik enerjisinin ixracı üzrə ikitərəfli razılaşmalardan söhbət gedir. Lakin Avropa İttifaqının vahid bazarına bənzər sistem yaratmaq üçün qaydaların və normaların ciddi harmonizasiyası tələb olunacaq”, - deyə Kitt qeyd edib.

O xatırladıb ki, Azərbaycan artıq Avropa bazarı ilə bağlı olan Türkiyənin enerji sisteminə qoşulmaq təcrübəsinə malikdir və bu sahədə bir sıra tələbləri yerinə yetirib.

“Bundan əlavə, birgə planlaşdırma və investisiyalar mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birlikdə Rumıniyada ‘yaşıl enerji limanı’nın inkişafı üçün xüsusi şirkətin (SPV) yaradılmasına təşəbbüs göstərib”, - deyə Kitt əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti