...

Qətərdən Azərbaycana pul köçürmələri 63%-ə yaxın artıb

İqtisadiyyat Materials 25 Sentyabr 2025 10:10 (UTC +04:00)
Qətərdən Azərbaycana pul köçürmələri 63%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarımilində Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 8,395 milyon ABŞ dolları təşkil edib.

Trend-in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,234 milyon ABŞ dolları və ya 62,7% çoxdur.

Hesabat dövründə xaricdən Azərbaycana ümumi pul köçürmələrində Qətərin payı 1,6% təşkil edib. Bununla da Qətər dövr ərzində Azərbaycana ən çox pul daxilolmaları üzrə 11-ci pillədə qərarlaşıb.

2024-cü ilin birinci yarımilində Qətərdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 5,161 milyon ABŞ dolları təşkil edib.

Ümumilikdə, 2025-ci ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin həyata keçirdikləri pul köçürmələrinin həcmi 238,180 milyon ABŞ dolları təşkil edib. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 21,420 milyon ABŞ dolları və ya 8,2% azdır.

Eyni zamanda, hesabat dövründə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi 533,957 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin birinci yarımilindəki göstərici ilə müqayisədə 33,847 milyon ABŞ dolları və ya 6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti