Bakı. Trend:
27 Sentyabr – Anım Günü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və
“Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə
paytaxtın Qaradağ rayonunda Bakı-Ələt yolunun kənarında ağacəkmə
aksiyası təşkil edilib.
Trend xəbər verir ki, bu barədə BŞHİ məlumat yayıb.
Bildirilib ki, aksiyada BŞİH-nin rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.
İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız
tullantılardan təmizlənərək burada Abşeron yarımadasının
torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.
Ağacəkmə aksiyası Bakı şəhərində quraqlığa davamlı bitkilərin,
yerli iqlimə uyğunağac və kolların əkilməsi, həmçinin paytaxtda
ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində
görülən işlərin davamıdır.
Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.