...

Azərbaycanda alüminium məmulatları istehsalı azalıb

İqtisadiyyat Materials 24 Sentyabr 2025 11:05 (UTC +04:00)
Azərbaycanda alüminium məmulatları istehsalı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 32,035 min ton alüminium məmulatları istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkədə alüminium istehsalı 9,9 min ton və ya 23,6% azalıb.

Cari ilin sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 4,8 min ton təşkil edib.

Qeyd edək ki, Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-avqust aylarında 812,9 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 12,3%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 12,7% azalma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti