Bakı. Trend:
Sentyabrın 23-də saat 15 radələrində İsmayıllı rayonunun Kürdeldarbəyli kəndi ərazisindən Gideyli kəndi istiqamətində hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Trend-in əldə etdiyi məlumata görə, hadisə nəticəsində sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.