...

4SIM şirkətlərin “ağıllı” istehsala hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün diaqnostika aparır

İqtisadiyyat Materials 23 Sentyabr 2025 15:32 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Dördüncü Sənaye İnqilabının Təhlil və Koordinasiya Mərkəzi (4SIM) şirkətlərin “ağıllı” istehsala hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün diaqnostika aparır.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SIM) icraçı direktoru Fariz Cəfərov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda etdiyi çıxışda deyib.

“Bizim tətbiq etdiyimiz proqram şirkətlərin ‘ağıllı’ istehsala hazırlığını biznes-proseslər, texnologiyalar və institusional struktur baxımından qiymətləndirir. Bu diaqnostika əsasında rəqəmsal inkişaf və dəstək üzrə fərdi proqram hazırlanır, şirkətlərə zəruri dəyişiklikləri tətbiq etmələri üçün yol xəritəsi təqdim olunur. Proqramda iştirak təqribən xidmət xərclərinə 20 faiz qənaət etməyə, gəlirləri artırmağa və yeni bacarıqlar formalaşdırmağa imkan verir. Gələcəkdə biz istehsal xətti olan Industry 4.0 Mərkəzini açmağı planlaşdırırıq ki, burada insanlar təlim keçə və təcrübə mübadiləsi apara bilsinlər”, - deyə o qeyd edib.

F. Cəfərovun sözlərinə görə, diaqnostika alüminium sənayesi üzrə şirkətləri, o cümlədən “Azergold”u (qızıl hasilatı), həmçinin boru istehsalı və digər sahələrdə fəaliyyət göstərən müəssisələri əhatə edir. “Biz onların cari fəaliyyətini qiymətləndiririk və gələcəyə hazırlıq üçün atılacaq addımları müəyyənləşdiririk”, -deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti