Bakı. Trend:
Tibbi turizm və sağlamlıq turizmi üçün mərkəz yaratmaq ideyası var.
Trend xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.
Onun sözlərinə görə, bu mərkəz yaşlı əhali üçün sağlamlıq
xidmətlərinin idarə olunması sahəsində də unikal imkanlar təqdim
edəcək: "Bu, çox xüsusi bir layihədir və Səhiyyə Nazirliyi olaraq
biz ona tam dəstək verəcəyik.
Qanunvericilik məsələlərinə gəldikdə isə, layihənin sürətli və
effektiv icrasını təmin etmək üçün xüsusi qanunvericilik yanaşması
tətbiq olunacaq".
"Ənənəvi və standart yanaşmalar bu layihə üçün zəruri qanunvericilik infrastrukturunu təmin edə bilməz. Bu, həm operatorlar, həm də istifadəçilər üçün hüquqi cəhətdən təmin edilmiş və təhlükəsiz bir mühit yaradacaq", - deyə nazir qeyd edib.