...

“Sea Breeze Health Valley” Azərbaycanın səhiyyəsinə yeni nəfəs verəcək - Nazir

Cəmiyyət Materials 23 Sentyabr 2025 12:43 (UTC +04:00)
“Sea Breeze Health Valley” Azərbaycanın səhiyyəsinə yeni nəfəs verəcək - Nazir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Sea Breeze Health Valley” Azərbaycanın səhiyyəsinə yeni nəfəs verəcək.

Trend xəbər verir, bu sözləri səhiyyə naziri Teymur Musayev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel sessiyada deyib.

““Sea Breeze Health Valley” yalnız səhiyyə layihəsi deyil. Eyni zamanda, bu sahəni artımın əsas sütununa çevirəcək və milli iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək. Bu layihə yeni səhiyyə iqtisadiyyatı və maliyyələşdirmə modelləri üçün əsas istiqamətlərdən biridir”, - deyə Teymur Musayev əlavə edib.

Nazir qeyd edib ki, layihə tibbi turizm və elmi tədqiqatlar üzrə beynəlxalq mərkəz olmaqla yanaşı, regional tibb operatorlarını birləşdirərək yeni əməkdaşlıq imkanları yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti