Bakı. Trend:
Danimarka-Norveç Oslo və Kopenhagen aeroportları naməlum pilotsuz uçuş aparatlarının səmada peyda olması ilə əlaqədar hava məkanlarını müvəqqəti olaraq bağlayıblar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə,onların işi dörd saat müddətinə dayandırılıb. Yaranmış məhdudiyyətlərə görə bütün reyslər yaxınlıqdakı başqa aeroportlara yönləndirilib.
Yerli polis həmin dronların mənşəyini və kimə məxsus olduğunu araşdırmağa başlayıb. Pilotsuz uçuş aparatları göründükdən qısa müddət sonra yoxa çıxdıqlarından onları tutmaq mümkün olmayıb.
Danimarka və Norveç hüquq mühafizə orqanları iki insident arasında əlaqənin olub-olmadığını müəyyənləşdirmək üçün əməkdaşlıq edir.