Bakı.Trend:
Göyçayda qadına qarşı quldurluq edib ölkədən qaçan şəxs saxlanılıb.
Bu barədə Trend-ə DİN-dən məlumat verilib.
Bildirilib ki, Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23300 manat pulu, eləcə də 2200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.
"Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən şəxsin 40
yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra onun
Rusiya Federasiyasına qaçdığı müəyyən edilib. Həyata keçirilən
tədbirlərlə C.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam
etdirilir. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində
həbs qətimkan tədbiri seçilib", - əlavə olunub.