...

Cari ildə xanım sürücülərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 16 nəfər həlak olub - BDYPİ

Cəmiyyət Materials 23 Sentyabr 2025 15:15 (UTC +04:00)
Cari ildə xanım sürücülərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 16 nəfər həlak olub - BDYPİ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub, 159 nəfər isə xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, aparılan təhlillərə görə, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur. Təkcə cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olmuş və 159 nəfər xəsarət alıb.

"Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətin dəyərli üzvü olmaqla övladına, ailəsinə və cəmiyyətə qarşı məsuliyyətini dərk edərək, yol hərəkəti qaydalarına tam məsuliyyətlə yanaşmalıdır".

Əgər nəqliyyat vasitəsi ilə hərəkət zamanı yüksək sürət, qəfil və təhlükəli manevrlər kimi ekstremal davranışlara həvəs yaranarsa, qadın sürücülər bir anlıq düşünməlidir:

“Bu hərəkətlər hara aparır – insan həyatının sonuna, xəstəxanaya, yoxsa həbsxanaya?”

Ciddi qayda pozuntuları törədən zaman qadın övladlarını, analıq borcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu göz önünə gətirməlidir.

Unutmayın qadına həbsxana yaraşmır, sürət fəxr deyil, təhlükədir, qəza bir anda baş verir, peşmançılıq isə ömürlük olur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün xanım sürücüləri soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və riskli hərəkətlərə uymamağa çağırır.

Yol hərəkəti bir yarış deyil – bu, həyatın özüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti