...

Çin alimləri əllər üçün passiv robot ekzoskelet təqdim ediblər

Dünya xəbərləri Materials 23 Sentyabr 2025 07:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin alimləri ilk dəfə olaraq əllər üçün nəzərdə tutulmuş passiv robot ekzoskeletləri təqdim ediblər. Bu unikal cihazlar ağır fiziki işlərin yerinə yetirilməsini xeyli asanlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Global Times” məlumat yayıb.

Yeni ekzoskelet maqnitoreoloji hərəkət sistemi əsasında işləyir, tutma zamanı dəstək təmin edir və biləyin dözümlülüyünü əhəmiyyətli dərəcədə artırır. İxtira Çin Elmlər və Texnologiya Universitetinin (USTC) professoru Sun Şuayşuayın rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən hazırlanıb.

Professorun sözlərinə görə, növbəti mərhələdə ekzoskeletin insan niyyətini tanıma texnologiyası ilə təkmilləşdirilməsi planlaşdırılır. Bu halda cihaz istifadəçinin konkret tapşırıqlarına uyğun dəstək qüvvəsi təmin edəcək. Həmçinin karkasın çəkisini azaltmaq və dözümlülüyünü artırmaq üçün kompozit materiallar və 3D çap texnologiyasından istifadə nəzərdə tutulur.

Passiv ekzoskeletin müəllifləri qeyd edirlər ki, cihaz 200 kiloqramdan çox ağırlığa malik daş lövhələri asanlıqla qaldırmağa imkan verir. Bu isə onun fövqəladə hallarda – məsələn, zəlzələdən sonra dağıntıların təmizlənməsi və yaralıların təxliyəsi əməliyyatlarında istifadəsi üçün böyük perspektivlər açır.

Passiv ekzoskeletlər enerji mənbəyinə ehtiyac olmadan, əks çəkilər və rıçaqlar hesabına işləyir.

Xəbər lenti

Xəbər lenti