...

Dövlət Agentliyinə alkoqollu içkilərlə bağlı yeni səlahiyyət verilib

Cəmiyyət Materials 23 Sentyabr 2025 12:10 (UTC +04:00)
Dövlət Agentliyinə alkoqollu içkilərlə bağlı yeni səlahiyyət verilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Respublikasında bəzi tünd spirtli içkilərin istehsalına və satışına dövlət nəzarətinin gücləndirilməsi haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi etil (yeyinti) spirtinin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarətinin gücləndirilməsini təmin etmək, daxili bazara keyfiyyətsiz alkoqollu içkilərin və nəzarətsiz olaraq spirtin gətirilməsinin, habelə alkoqollu içkilərin qeyri-qanuni istehsalının qarşısını almaq məqsədilə bu məsələyə dair qəbul edilmiş normativ-hüquqi aktların icrası üçün təsirli tədbirlər həyata keçirəcək.

Qurum həmçinin görülmüş işlər barədə hər rüb Nazirlər Kabinetinə məlumat verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti