Bakı. Trend:
Nigeriyanın cənub-şərqində yerləşən Benue vilayətinin Ago qəsəbəsində iki patrul avtomobilinə hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı həlak olub.
Trend xəbər verir ki, hücumun təşkilində silahlı çobanlar və yerli silahlı dəstələrin əli olduğu ehtimal edilir. Silahlılar patrula məxsus iki nəqliyyat vasitəsini yandırıblar.
Qeyd olunur ki, Benue vilayəti vaxtaşırı silahlı hücumlara məruz qalır. İyunda baş vermiş basqınlar nəticəsində azı 500 min nəfər evlərindən didərgin düşmüşdü.