Bakı. Trend:
Azərbaycan Kubokunun 2025/2026 mövsümündə I təsnifat mərhələsinin oyun cədvəli məlum olub.
PFL-dən Trend-ə verilən məlumata görə, qarşılaşmalar saat 14:00-da başlayacaq.
Mərhələnin bütün görüşləri Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
9 oktyabr (cümə axşamı)
“Sheki City” – “Araz Saatlı”
“Rekord Arena”
“Qaradağ Lökbatan” – “Ağdaş”
Lökbatan OİK stadionu
“Dinamo” – “Kür-Araz”
Binə qəsəbə stadionu
“Ağstafa Gəncləri” – “Şirvan”
Ağstafa şəhər stadionu
10 oktyabr (cümə)
“Göygöl” – “Şəmkir”
Göygöl OİK stadionu
“Quba” – “Xankəndi”
Quba OİK stadionu