...

Tramp Özbəkistanı “Boeing”lə müqaviləyə görə təbrik edib

Dünya xəbərləri Materials 23 Sentyabr 2025 04:54 (UTC +04:00)
Tramp Özbəkistanı “Boeing”lə müqaviləyə görə təbrik edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Özbəkistanı “Boeing” şirkəti ilə təxminən 8 milyard dollarlıq müqavilə imzalaması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, bu barədə Tramp "Truth Social" şəbəkəsində paylaşım edib.

“Bu gün mən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi “Boeing” şirkəti ilə böyük müqavilə imzalaması münasibətilə təbrik etmək istəyirəm! Uzbekistan Airways 8 milyard dollardan çox qiymətə 22 ədəd Boeing Dreamliner 787 təyyarəsi alır”, – deyə Tramp yazıb.

O əlavə edib: “Bu, ABŞ-da 35 mindən çox iş yeri yaradacaq. Prezident Mirziyoyev sözünün adamıdır və biz bir çox başqa məsələlərdə birgə işləməyə davam edəcəyik”.

Xəbər lenti

Xəbər lenti