...

Qanunsuz saxlanılan 1842 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb - DİN

Cəmiyyət Materials 23 Sentyabr 2025 10:26 (UTC +04:00)
Qanunsuz saxlanılan 1842 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb - DİN
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan 1842 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Trend xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, Sentyabrın 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 17 qumbara, 9 alışdırıcı, 1 partladıcı, 10 tüfəng, 21 patron darağı, 1842 ədəd müxtəlif çaplı patron və 3 ədəd süngü bıçaq aşkar edərək götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti