Bakı. Trend:
Cari ilin birinci yarısında Belarusdan Azərbaycana qoyulan birbaşa xarici investisiyaların həcmi 2,4 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,255 milyon dollar və ya 15 dəfə çoxdur.
Hesabat dövründə Belarus investisiyalarının Azərbaycan iqtisadiyyatına qoyulan birbaşa xarici investisiyaların ümumi həcmindəki payı 0,1 faiz olub.
Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin birinci yarısında Belarusiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 161 min dollar təşkil edib.
Qeyd olunur ki, 2025-ci ilin ilk altı ayında Azərbaycan iqtisadiyyatına yönələn birbaşa xarici investisiyaların ümumi həcmi 3,222 milyard ABŞ dollarını ötüb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 244,295 milyon dollar və ya 8,2 faiz çoxdur.