...

AZPROMO beynəlxalq tərəfdaşlıq üçün yeni saziş imzaladı

İqtisadiyyat Materials 22 Sentyabr 2025 16:02 (UTC +04:00)
AZPROMO beynəlxalq tərəfdaşlıq üçün yeni saziş imzaladı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlıq (Üzvlük) Sazişi imzalanıb.

Trend xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə sənədi AZPROMO-nun İcraçı Direktoru Yusif Abdullayev və WEF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stepenson imzalayıb.

Bu saziş beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsini və strateji əməkdaşlıq imkanlarının artırılmasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti