...

Azərbaycan offşor külək enerjisinin inkişafı üçün nəhəng potensiala malikdir - SOCAR

İqtisadiyyat Materials 22 Sentyabr 2025 18:00 (UTC +04:00)
Azərbaycan offşor külək enerjisinin inkişafı üçün nəhəng potensiala malikdir - SOCAR
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan offşor külək enerjisinin inkişafı üçün nəhəng potensiala malikdir.

Trend xəbər verir ki, bunu SOCAR vitse-prezidenti Əfqan İsayev I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanda quruda külək və günəş energetikasının potensialının inkişafı istiqamətində fəal işlər aparılır. Lakin burada hələ də investisiyalar və yeni layihələr üçün çoxsaylı imkanlar mövcuddur. Ölkənin strateji coğrafi mövqeyi isə Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya “yaşıl” enerjinin ötürülməsi üçün körpü rolunu oynamağa şərait yaradacaq.

“Quruda külək energetikası inkişaf edir, günəş də eləcə. Amma offşor hələ də mənimsənilməyib və məhz burada böyük potensial gizlənir. Xəzərin ərazi suları təqribən 157 qiqavat həcmində qiymətləndirilən imkanlar açır”, - deyə o vurğulayıb.

A.İsayev həmçinin qeyd edib ki, ölkədə geotermal enerjinin hələ ki mənimsənilməməsinə baxmayaraq onun inkişafı üçün də əhəmiyyətli potensial mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti