...

AYİB Azərbaycanın iqtisadi şaxələndirilməsi üzrə gələcək səylərini dəstəkləməyə hazırdır

İqtisadiyyat Materials 22 Sentyabr 2025 15:38 (UTC +04:00)
AYİB Azərbaycanın iqtisadi şaxələndirilməsi üzrə gələcək səylərini dəstəkləməyə hazırdır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

"Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi üzrə gələcək səylərini dəstəkləməyə hazırdır."

Trend xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos Bakıda I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sənayeləşdirmə və şaxələndirmə gələcək Azərbaycanın iqtisadi baxımdan dayanıqlı və yeni çağırışlara hazır olmasına imkan verən əsas faktorlardır.

“Təcrübə göstərir ki, Azərbaycanın gələcəyi üçün iqtisadiyyatın müasir və rəqabətə davamlı qalması son dərəcə vacibdir. Biz texnologiyalara qoyulan investisiyalarda, ölkənin güclü insan kapitalından istifadə edilməsində, habelə süni intellekt və iqtisadiyyatın rəqəmsallaşdırılması sahəsində bacarıqların inkişafında böyük perspektivlər görürük”,- deyə o bildirib.

AYİB nümayəndəsi həmçinin vurğulayıb ki, rəqəmsallaşma nəqliyyat sektorunu, Orta Dəhlizin inkişafını əhəmiyyətli dərəcədə dəstəkləyə və maliyyələşmənin əlçatanlığını asanlaşdıra bilər.

“Biz islahatlar və dəyişikliklər üçün katalizator, biliklərini bölüşə bilən, etimadı gücləndirən və inkişaf istiqamətinin formalaşdırılmasına birgə kömək edən etibarlı tərəfdaşıq. Azərbaycanın hökuməti ilə çox yaxşı münasibətlərimiz var və ümidvarıq ki, bu münasibətləri davam etdirərək ölkə iqtisadiyyatına dəstək olmuş olacağıq”, - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti