...

Şirvanda “Azərsilah”ın əməkdaşı zavodda yüngül xəsarət alıb

Hadisə Materials 23 Sentyabr 2025 09:16 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Azərsilah”ın Şirvanda yerləşən zavodunda istehsalat prosesi zamanı bir əməkdaş xəsarət alıb.

Bu barədə Trend-ə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən gün səhər saatlarında Nazirliyin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb.

Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılıb və peşəkar tibbi xidmət alıb.

Qeyd edilib ki, hazırda onun vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti