Bakı. Trend:
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Tunisə 187 milyon ABŞ dolları dəyərində və 102,3 min ton həcmində xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 37,4 milyon ABŞ dolları və ya 20,7 faiz, həcm baxımından isə 69,7 min ton və ya 27,2 faiz azalıb.
Ötən ilin ilk altı ayında Azərbaycandan Tunisə 163,9 milyon ABŞ dolları dəyərində 256,6 min ton neft və neft məhsulları ixrac olunmuşdu.
Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycandan 20 ölkəyə ümumilikdə 8 milyard 396 milyon ABŞ dolları dəyərində və 15 milyon 925 min ton həcmində xam neft və neft məhsulları ixrac edilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1 milyard 912 milyon ABŞ dolları və ya 18,5 faiz az, həcminə görə isə 551 min 50 ton və ya 3,3 faiz azdır.