...

Cərimələr və inzibati tədbirlər – Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir

Cəmiyyət Materials 23 Sentyabr 2025 10:20 (UTC +04:00)
Cərimələr və inzibati tədbirlər – Səhiyyə Nazirliyinin mütəxəssisi izah edir
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən müəssisələrdə yoxlama aparılıb və həmin müəssisədə nöqsanlar, sanitariya qayda pozuntuları aşkar olunarsa, inzibati xəta törədən şəxs və ya şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğun olaraq inzibati tənbeh tədbirləri, yəni cərimə protokolu tərtib edilə bilər.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.

Onun sözlərinə görə, epidemiyanın qarşısını almaq, sanitariya-gigiyena rejim üçün görülən tədbirlərə əməl olunmaması İXM-nin 211-ci maddəsi ilə, tibb və təhsil müəssisələrində sanitariya-gigiyena rejimin pozulmasına İXM-nin 216-cı maddəsi ilə, gözəllik salonlarında və ya bərbərxanalarda universal təhlükəsiz qaydaların pozulmasına İXM-nin 218-ci maddəsi ilə, İçməli suyun keyfiyyəti standartlara uyğun olmaması İXM-nin 265-ci maddəsi ilə, ictimai yerlərdə tütün üçün ayrılan yerlər düzgün təşkil olunmamamasına görə isə İXM-nin 212-ci maddəsi ilə inzibati tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti