...

Baş Prokurorluq vətəndaşın müraciətinə dair açıqlama yayıb

Gündəm Materials 22 Sentyabr 2025 14:56 (UTC +04:00)
Baş Prokurorluq vətəndaşın müraciətinə dair açıqlama yayıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluğun sosial media səhifəsində paytaxtın Nərimanov rayon sakini Süleymanov Zeyqəm Muradəli oğlu özünə məxsus hesabdan prokurorluq orqanlarına ünvanladığı şikayətinə obyektiv baxılmamasına dair bir neçə dəfə məlumat paylaşıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, vətəndaş Z.M.Süleymanov dəfələrlə etdiyi şikayətlərində təkidlə keçmiş gəlininin öz azyaşlı övladına fiziki zor tətbiq edərək işgəncə verməsi ilə bağlı məsuliyyətə cəlb edilməsini tələb edib, lakin araşdırmalarla göstərilən faktlar təsdiq olunmayıb.

Müvafiq qərar Baş Prokurorluq tərəfindən də öyrənilərək qanuni və əsaslı hesab edilib, vətəndaş dəfələrlə qəbul edilərək dinlənilmiş və ona qanunvericiliyin tələbləri ətraflı izah olunsa da, sonuncu israrla əsassız tələblərini davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti