...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Hadisə Materials 22 Sentyabr 2025 12:07 (UTC +04:00)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Trend-ə verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti