...

Formula 1: Avstraliyalı pilot mübarizəni dayandırıb (VİDEO)

İdman Materials 21 Sentyabr 2025 15:08 (UTC +04:00)
Formula 1: Avstraliyalı pilot mübarizəni dayandırıb (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 1 üzrə əsas yarışda bir sürücü mübarizəni dayandırıb.

Trend xəbər verir ki, “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri vaxtından əvvəl yarışı bitirib.

Onun bolidi qəza nəticəsində təhlükəsizlik səddinə çırpılıb.

Məlumat üçün bildirək ki, mübarizə 10 komanda və 20 pilot arasında keçir.

Yarışa “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappen “Pole” mövqeyindən başlayıb. O, sıralama turunda ən yaxşı nəticəni göstərib.

“Williams”in üzvü ispaniyalı Karlos Sayns ikinci, “Racing Bulls”dan yeni zelandiyalı Liam Louson üçüncü olub.

İlk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə “Ferrari”nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə “McLaren”dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti