...

Formula 2: Norveçli pilot mübarizəni dayandırıb

İdman Materials 21 Sentyabr 2025 11:27 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə əsas yarışda bir sürücü mübarizəni dayandırıb.

Trend xəbər verir ki, “Trident” komandasının norveçli pilotu Martinius Stenşorne vaxtından əvvəl yarışı bitirib.

Onun bolidi qəza nəticəsində təhlükəsizlik səddinə çırpılıb.

Xatırladaq ki, sıralama turunda “Dams Lucas Oil” komandasının amerikalı pilotu Cek Krouford birinci, “İnvicta Racing”in üzvü italiyalı Leonardo Fornaroli ikinci, “Prema Racing”dən italiyalı Qabriele Mini üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə bu gün yekun vurulacaq.

Xəbər lenti

Xəbər lenti