...

Braziliya ABŞ-ni BMT Baş Assambleyasında demokratiya konfransına dəvət etməyib

Dünya xəbərləri Materials 21 Sentyabr 2025 08:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliya hökuməti ABŞ-ni BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İspaniya ilə birgə təşkil edilən demokratiya mövzusunda konfransa dəvət etməyib.

Trend-in məlumatına görə, bu barədə CNN Brasil məlumat yayıb.

Rəsmi Braziliya bu qərarı ABŞ Prezidenti Donald Tramp administrasiyasının Braziliyada demokratiya və seçkilərə dair şübhə doğuran mövqeyi ilə əsaslandırıb.

Konfransa dəvət olunan ölkələr arasında Kolumbiya, Meksika, Çili, Keniya, Almaniya, Fransa və Kanada da var. Həmçinin BMT-nin baş katibi Antonio Quterreşin tədbirdə iştirakı gözlənilir.

Qeyd edək ki, artıq ikinci ildir ki, Braziliya və İspaniya BMT Baş Assambleyasının Nyu-Yorkdakı sessiyası çərçivəsində “Demokratiyanın müdafiəsi və ekstremizmə qarşı mübarizə” forumunu birgə təşkil edirlər.

Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində ümumi siyasət müzakirələri sentyabrın 23-dən 27-dək, həmçinin sentyabrın 29-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti