...

AfD Almaniyada ilk dəfə ən populyar partiya oldu

Dünya xəbərləri Materials 21 Sentyabr 2025 08:21 (UTC +04:00)
AfD Almaniyada ilk dəfə ən populyar partiya oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ilk dəfə ölkənin ən populyar siyasi qüvvəsinə çevrilib.

Trend-in məlumatına görə, Bild nəşri bunu son ictimai rəy sorğusunun nəticələrinə əsasən yazıb.

Aparılan sorğuya görə, AfD hazırda alman seçicilərinin 26 faizinin dəstəyinə sahibdir. Bu, partiyanın tarixində ilk dəfədir ki, ölkədə bütün siyasi qüvvələr arasında lider mövqeyə yüksəlir.

Beləliklə, AfD hazırkı kansler Fridrix Mersin təmsil etdiyi CDU/CSU blokunu geridə qoyub. Sözügedən blok seçicilərin 25 faizinin dəstəyini qazanır.

Digər partiyalar isə xeyli geri qalır: Sosial Demokratlar (SPD) – 15%, “Yaşıllar” və “Sollar” isə hər biri 11 faiz dəstəyə malikdir.

Xəbər lenti

Xəbər lenti