...

İngiltərə Premyer Liqası: “Liverpul” liderliyini qoruyub

İdman Materials 21 Sentyabr 2025 05:32 (UTC +04:00)
İngiltərə Premyer Liqası: “Liverpul” liderliyini qoruyub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqasının V turu çərçivəsində bir sıra qarşılaşmalar keçirilib.

Trend-in məlumatına görə, günün ilk matçında “Liverpul” evdə “Everton”u 2:1 hesabı ilə məğlub edib. “Enfild”də keçirilən görüşdə hesabı 10-cu dəqiqədə Rayn Qravenberx açıb, 29-cu dəqiqədə Yuqo Ekitike fərqlənib. Qonaqların yeganə qolunu 58-ci dəqiqədə İdris Quye vurub. Bu nəticədən sonra “Liverpul” 15 xalla turnir cədvəlinin 1-ci pilləsindədir, “Everton” isə 7 xalla 7-ci yerdə qərarlaşıb.

Üçüncü pillədəki “Tottenhem” səfərdə “Brayton”la 2:2 hesablı heç-heçə edib. “Vest Hem” evdə “Kristal Pelas”a 1:2 hesabı ilə uduzub və autsayderlər qrupunda möhkəmlənib. “Vulverhempton” isə “Lids”i qəbul edib və 1:3 hesabı ilə məğlub olub;

“Bernli” ilə “Nottingem Forest” arasında keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

“Mançester Yunayted” gərgin keçən görüşdə “Çelsi”ni 2:1 hesabı ilə məğlub edib. Oyunun əvvəlində “Çelsi”nin qapıçısı, birinci hissənin sonunda isə “Mançester Yunayted”in oyunçusu meydandan çıxarılıb.

Turun digər qarşılaşmasında “Fulhem” səfərdə “Brentford”u 3:1 hesabı ilə məğlub edib və 8 xalla 7-ci pilləyə yüksəlib.

16:30. “Liverpul” – “Everton” - 2:1
18:00. “Brayton” - “Tottenhem” - 2:2
18:00. “Bernli” – “Nottingem Forest” - 1:1
18:00. “Vest Hem” – “Kristal Pelas” - 1:2
18:00. “Vulverhempton” – “Lids” - 1:3
20:30. “Mançester Yunayted” – “Çelsi” - 2:1
23:00. “Fulhem” – “Brentford” - 3:1

Xəbər lenti

Xəbər lenti