Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Əfqanıstan Baqram aviabazasını onu tikənlərə – Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis nəticələr yarana bilər.
Trend-in məlumatına görə, bu sözləri Tramp “Truth” sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, Birləşmiş Krallığa səfəri zamanı keçirdiyi mətbuat konfransında Tramp ABŞ-nin Baqram aviabazasını geri almaq və Əfqanıstanda mövcudluğunu bərpa etmək niyyətini açıqlamışdı.