...

ABŞ-nin Aya eniş planı təxirə düşə bilər

Dünya xəbərləri Materials 21 Sentyabr 2025 04:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ kosmik yarışda Çinə uduzaraq 2027-ci ildə planlaşdırılan Aya enişi həyata keçirə bilməyəcək.

Trend xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Milli Aeronavtika və Kosmos Administrasiyasının (NASA) açıqlamasına görə, “Space Launch System” super ağır raketi 2027-ci ildə astronavtları Ay orbitinə aparan “Orion” kosmik gəmisini çatdıracaq. Eniş isə SpaceX-in “Starship” gəmisi vasitəsilə baş tutmalıdır.

Keçmiş NASA əməkdaşları qəzetə açıqlamalarında belə çoxmərhələli eniş planının həddindən artıq mürəkkəb olduğunu bildiriblər. Onların sözlərinə görə, layihənin ən riskli hissəsi məhz SpaceX-in üzərinə düşür.

NASA rəsmiləri Artemis III missiyasının 2028-ci ilə təxirə salınma ehtimalını müzakirə edir. Bəzi ekspertlər isə “Starship” gəmisinin 2032-ci ilə qədər eniş üçün hazır olmayacağını iddia edirlər. Bildirilir ki, SpaceX missiyanın uğurunun birbaşa asılı olduğu “ən çox sübut olunmamış texnoloji həllər” üzərində işləməlidir.

Xatırladaq ki, NASA 2019-cu ilin yazında Artemis proqramını elan edib. Proqramın birinci mərhələsi – Artemis I – Orion kosmik gəmisinin Ay ətrafında pilotsuz uçuşunu və Yerə qayıdışını nəzərdə tuturdu.

Xəbər lenti

Xəbər lenti