...

Tramp Avropa ölkələrindən Rusiyadan neft almağı dayandırmağı tələb edib

Dünya xəbərləri Materials 21 Sentyabr 2025 09:32 (UTC +04:00)
Tramp Avropa ölkələrindən Rusiyadan neft almağı dayandırmağı tələb edib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp yenidən Avropa ölkələrindən Rusiyadan neft almağı dayandırmağı tələb edib.

Trend xəbər verir ki, bu barədə Tramp Virciniya ştatındakı çıxışı zamanı bildirib.

O, bu təcrübənin davam etməməli olduğunu və tezliklə bitəcəyini deyib: “Avropalılar Rusiyadan neft alırlar. Bu baş verməməlidir, elə deyilmi?”.

Bundan əlavə, Ağ Ev rəhbəri Moskva ilə Kiyev arasındakı münaqişəyə yenidən toxunub. Tramp Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərindən məyus olduğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti