Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 20 xarici ölkə lideri ilə görüşməyi planlaşdırır.
Trend-in məlumatına görə, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Mən çoxlu liderlərlə görüşəcəyəm, yəqin ki, 20 nəfər. Hamı görüşmək istəyir, bəziləri ilə görüşəcəyik”, – deyə Tramp qeyd edib.
Xatırladaq ki, sentyabrın 23-dən 27-dək keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində ümumi siyasət müzakirələri aparılacaq. Bu müddət ərzində 195 nümayəndə heyətinin çıxış edəcəyi gözlənilir.