...

Mayk Uolts ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə başlayıb

Dünya xəbərləri Materials 21 Sentyabr 2025 07:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uolts ölkənin Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi vəzifəsinin icrasına rəsmən başlayıb.

Trend-in məlumatına görə, şənbə günü səhər Vaşinqtonda Dövlət Departamentində Uolts ABŞ-ın BMT-dəki 32-ci səfiri kimi and içib.

Qeyd olunur ki, bir gün əvvəl Senat onun namizədliyini təsdiqləyib: 47 senator lehinə, 43 senator isə əleyhinə səs verib. Mayın 1-də Uolts prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən istefa verib. Bu müddətdə Dövlət katibi Marko Rubio Milli Təhlükəsizlik Müşavirinin səlahiyyətlərini icra edəcək.

Xəbər lenti

Xəbər lenti