...

Geomaqnit qasırğası gözlənilir

Dünya xəbərləri Materials 22 Sentyabr 2025 12:40 (UTC +04:00)
Geomaqnit qasırğası gözlənilir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 22-də Yerdə geomaqnit qasırğasının pisləşəcəyi gözlənilir.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

“Gün ərzində proqnoz: geomaqnit şərait – geomaqnit dalğalanmalarının gözlənildiyi bildirilir. Alovlanma aktivliyi – yavaş artan, Yer üçün orta səviyyəli risklərlə müşayiət olunur”, - məlumatda qeyd olunub.

Laboratoriyanın saytında yerləşdirilən qrafikə əsasən, maqnit qasırğalarının olma ehtimalı 51% təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti