...

Azərbaycana sərmayə yatırmaq əlverişli perspektivlər vəd edir - Emin Ağalarov

İqtisadiyyat Materials 22 Sentyabr 2025 10:17 (UTC +04:00)
Azərbaycana sərmayə yatırmaq əlverişli perspektivlər vəd edir - Emin Ağalarov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan investisiya üçün çox əlverişli ölkədir. Burada həyata keçirilən islahatlar investisiyalar üçün çox böyük imkanlar yaradıb.

Trend xəbər verir ki, bu sözləri “Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə həyata keçirilən bu tədbirdə ölkənin investisiya potensialı təqdim olunacaq.

"İnvestisiya imkanlarının yaradılması iş adamları və şirkətlər üçün imkan və fürsətlər yaradır. Bundan istifadə edib Azərbaycana sərmayə yatırmaq əlverişli perspektivlər vəd edir. “Sea Breeze” böyük bir layihədir və çox geniş ərazini əhatə edir. Ərazi və tikinti işləri daha da genişlənəcək və inkişaf edəcək. “Sea Breeze” ərazisinə də sərmayə yatırımı çox səmərəlidir. Azərbaycanda yaradılan münbit şəraitdən istifadə edib sərmayə yatırımını həyata keçirmək olduqca faydalı olar”, - deyə Emin Ağalarov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti