Bakı. Trend:
Bank kreditlərinə müraciət etdikdə, artıq dövlətdən subsidiya zəmanəti olacaq.
Trend xəbər
verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)
İdarə Heyətinin sədri Anar Rzayev
Prezident İlham Əliyevin Avtomobil nəqliyyatı ilə müntəzəm
sərnişindaşıma sahəsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına
həsr edilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən
bildirib.
“Əgər daşıyıcının öz vəsaiti ilə parkını yeniləməyə imkanı yoxdursa, o zaman bank kreditlərinə müraciət edə biləcək. Yeni qaydalara əsasən, artıq dövlət həmin kreditlər üçün subsidiya və zəmanət mexanizmləri təqdim edəcək. Bu daşıyıcılar üçün maliyyə yükünü azaldacaq və avtobus parkını yeniləməyi daha əlçatan edəcək” - sədr əlavə edib.