...

Ayntraxt” uduzdu, “Bayer” xal itirdi, “Borussiya” qalib gəldi - Almaniya Bundesliqası

İdman Materials 22 Sentyabr 2025 04:57 (UTC +04:00)

Bakı. Trend:

Almaniya Bundesliqasında IV turun son oyunları başa çatıb.

Trend-in məlumatına görə, qarşılaşmalarda bir neçə gözlənilməz nəticə qeydə alınıb.

Günün açılış oyununda “Ayntraxt Frankfurt” doğma meydanda “Union Berlin”ə 3:4 hesabı ilə uduzub. Ardınca “Bayer Leverkuzen” də xal itkisi ilə üzləşib – leverkuzen təmsilçisi “Mönxenqladbax”la görüşdə 90+2-ci dəqiqədə buraxdığı qolla qələbəni əldən verib və matç 1:1 hesabı ilə yekunlaşıb.

Turun son qarşılaşmasında isə “Borussiya Dortmund” “Volfsburq”u 1:0 hesabı ilə məğlub edib.

Dörd turun nəticəsinə görə turnir cədvəlinə maksimum xalla “Bavariya” liderlik edir. “Borussiya Dortmund” 10 xalla ikinci, “Leyptsiq” isə 9 xalla üçüncü sıradadır.

Xəbər lenti

Xəbər lenti