...

Azərbaycan millisi güləş üzrə dünya çempionatına iki yeri tutub (FOTO)

İdman Materials 21 Sentyabr 2025 23:27 (UTC +04:00)
Azərbaycan millisi güləş üzrə dünya çempionatına iki yeri tutub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatına yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, mötəbər yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə millimiz 89 xalla komanda hesabında dünya ikincisi olub. İran (180) birinci, Özbəkistan (72) isə üçüncü yeri tutub.

Xatırladaq ki, yığmanın tərkibində Ülvü Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti