Bakı. Trend:
Azərbaycanın üç qat paralimpiya çempionu Raman Salei (S12 kateqoriyası) Sinqapurun eyniadlı paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qalibi olub.
Bu barədə Trend-ə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.
İdmançı yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl medal qazanıb.
Qeyd edək ki, dördüncü dəfə dünya çempionu olan R.Salei sentyabrın 27-nə qədər davam edəcək yarışda 100 metr məsafəyə sərbəst, "butterfly" (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.