...

Suriyanın keçid dövrü prezidenti ABŞ-a səfər edib

Dünya xəbərləri Materials 21 Sentyabr 2025 15:50 (UTC +04:00)
Suriyanın keçid dövrü prezidenti ABŞ-a səfər edib

Bakı. Trend:

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Vaşinqtona gəlib.

Trend xəbər verir ki, bu barədə Syria TV telekanalı məlumat verib.

Məlumata görə, bu, 1967-ci ildən bəri suriyalı prezidentin ABŞ-a ilk rəsmi səfəridir.

Gözlənilir ki, bu səfər Suriya ilə ABŞ arasında diplomatik münasibətlərin bərpasını, o cümlədən Vaşinqtonda Suriya səfirliyinin rəsmi açılışını müzakirə etmək imkanı yaradacaq.

Xəbər lenti

Xəbər lenti