2025-ci ilin ikinci Günəş tutulması başa çatıb (YENİLƏNİB)

Cəmiyyət Materials 22 Sentyabr 2025 02:33 (UTC +04:00)
2025-ci ilin ikinci Günəş tutulması başa çatıb (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin ikinci Günəş tutulması başa çatıb.

Trend-in məlumatına görə, bu, qismən tutulma olub.

Təbiət hadisəsi saat 21:29:32-də başlayıb və sentyabrın 22-si saat 01:53:33-də sona çatıb. Tutulma 4 saat 22 dəqiqə davam edib. Təbiət hadisəsinin maksimumu sentyabrın 21-i saat 23:43:04-də olub.

xxx

21:36

2025-ci ilin ikinci Günəş tutulması başlayıb.

Trend xəbər verir ki, bu, qismən Günəş tutulmasıdır.

Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 23:43:04-də olacaq.

Qeyd edək ki, tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti